Modern.az

Narkotik satan 4 nəfər ələ keçdi

Narkotik satan 4 nəfər ələ keçdi

Aktual

9 Sentyabr 2019, 18:18

Sabirabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Yolçubəyli kənd sakini A.Cəfərova məxsus yardımçı təsərrüfatdan kultivasiya yolu ilə yetişdirilən 3 ədəd çətənə kolu və 440 qram marixuana aşkar edilərək götürülüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş B.Şəmsidən 2,4 kiloqram marixuana götürülüb.

 

Bundan başqa Abşeron RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məmmədli kənd sakinləri A.Rzayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 1 ədəd çətənə kolu və 490 qram marixuana, N.Rəhimova məxsus həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilən 3 ədəd çətənə kolu və 100 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı