Modern.az

İlham Əliyev Gürcüstanın yeni baş nazirini təbrik etdi

İlham Əliyev Gürcüstanın yeni baş nazirini təbrik etdi

Aktual

9 Sentyabr 2019, 22:58

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Giorgi Qaxariyanı Gürcüstanın baş naziri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

Modern.az-ın məlumatına görə, dövlət başçısı bildirib ki, Azərbaycan ilə Gürcüstanı tarixən təşəkkül tapmış dostluq və mehriban qonşuluq əlaqələri birləşdirir.

"İnanıram ki, bu xoş ənənələrə əsaslanan dövlətlərarası münasibətlərimiz və strateji tərəfdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.

Sizə ən xoş arzularımı yetirir, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm", - deyə Azərbaycan Prezidentinin təbrik məktubunda qeyd olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı