Modern.az

Keşlədə qatar qadını vurdu - Araşdırma aparılır - YENİLƏNİB

Keşlədə qatar qadını vurdu - Araşdırma aparılır - YENİLƏNİB

Aktual

2 Oktyabr 2019, 10:35

Bu gün saat 08:23-də Keşlə stansiyasında bədbəxt hadisə baş verib.

 

“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova Modern.az-a bildirib ki,  Bakı-Sumqayıt elektrik qatarı Keşlə stansiyasında (2653-cü km-də) hərəkətdə olarkən, Tacirə Vidadi qızı Rəhimova müəyyən olmayan yerdən dəmir yolu xəttini keçmək istəyib:

“Maşinist briqadası dərhal səs siqnalları verərək təcili tormozlama aparıb. Amma məsafə yaxın olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb. Nəticədə qadın qatarın yan hissəsinə toxunaraq müxtəlif dərəcəli bədən xəsarəti alıb”.

Onun sözlərinə görə, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağrılıb və yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

 

***

Saat 10:20

Keşlə qəsəbəsi, "Çerment körpüsü" kimi tanınan ərazidə qatar 32 yaşlı qadını vurub. 

 

Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, qadın açıq kəllə-beyin travması ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb.

 

Xəstəxanadan verilən məlumata görə, reanimasiya şöbəsinə yerləşdirilən  yaralının vəziyyəti kritikdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır