Modern.az

Elmar Məmmədyarov: “Erməni həmkarımla Nyu-Yorkdakı sonuncu görüş məni məyus etdi”

Elmar Məmmədyarov: “Erməni həmkarımla Nyu-Yorkdakı sonuncu görüş məni məyus etdi”

17 Oktyabr 2019, 12:05

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə erməni həmkarımla Nyu-Yorkda keçirilmiş sonuncu görüşümüz məni bir qədər məyus etdi”.

Modern.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov “İzvestiya” qəzetinə bildirib.

“Təəssüf ki, biz hazırda danışıqlardan yox, məhz görüşdən danışırıq. Yerevanla bir yerdə oturub hazırda masada olan sənəd əsasında danışıqlar aparmaq lazımdır”, - deyə nazir vurğulayıb.

E. Məmmədyarovun sözlərinə görə, irəliləyiş əldə etmək və münaqişəni siyasi yolla həll etmək üçün substantiv danışıqlara başlamaq lazımdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir