Modern.az

Salyan və Şəki sakinlərindən silah götürülüb

Salyan və Şəki sakinlərindən silah götürülüb

Aktual

6 Noyabr 2019, 17:40
Salyan və Şəki sakinlərindən silah götürülüb.
 
 
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xalac kənd sakini M.Abıyevin evindən müvafiq sənədləri olmayan “TOZ-B” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
 
 
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini Q.Həmidovdan müvafiq sənədləri olmayan “İJ-K” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
 
 
Hər iki faktla bağlı araşdırma aparılır.
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır