Modern.az

YPG silahlıları Türkiyə ordusuna kütləvi təslim olur

YPG silahlıları Türkiyə ordusuna kütləvi təslim olur

Aktual

26 Noyabr 2019, 12:33

“Sülh Çeşməsi” əməliyyatından sonra YPG/PKK terror təşkilatını tərk edənlərin sayı günü-gündən artır.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Suriyanın Ayn əl-Ərəb bölgəsindən Şanlıurfaya gələn iki PKK/YPG terrorçusu silah və ratsiyaları ilə Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olub.

Türkiyə Daxili İşlər Nazirliyinin yaydığı yazılı bəyanatda bildirilib ki, ölkə daxilində və xaricində terrora qarşı həyata keçirilən hərbi əməliyyatlar nəticəsində separatçı PKK/PYD terror təşkilatında parçalanma sürətlənir, təşkilatdan qaçanların və təslim olanların sayı artır:

 

“2019-cu ilin noyabr ayının 25-də Suriyanın Ayn əl-Ərəb bölgəsindən iki terrorçu Daxili İşlər Nazirliyi orqanlarından Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin səyləri nəticəsində M-16 silahları və ratsiyaları ilə Suriyadan qaçaraq Şanlıurfadakı sərhəd məntəqəsində təhlükəsizlik qüvvələrinə təslim olub”.

Qeyd edək ki, YPG/PKK öz sıralarında Türkiyə Silahlı Qüvvələrinə qarşı döyüşməkdən imtina edən onlarla insanı qətlə yetirib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır