Modern.az

Bələdiyyə seçkilərində iştirak edəcək seçicilərin sayı açıqlandı

Bələdiyyə seçkilərində iştirak edəcək seçicilərin sayı açıqlandı

Aktual

16 Dekabr 2019, 16:54

Mərkəzi Seçki Komissiyası (MSK) 23 dekabrda Azərbaycanda keçiriləcək  bələdiyyə seçksində seçki hüququ olan vətəndaşların sayını açıqlayıb.

 

Mərkəzi Seçki Komissiyasının Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, dekabrın 23-də 118 Seçki Dairəsi üzrə 5049 məntəqədə bələdiyyə seçkiləri keçiriləcək:

 

“Bələdiyyə seçkilərində iştirak etmək üçün seçici siyahılarına 4 milyon 973 min 47 seçici daxil edilib”.

 

MSK rəsmisinin sözlərinə görə, torpaqları erməni işğalında olan məcburi köçkün vətəndaşlarımız bələdiyyə seçkilərində iştirak edə bilmirlər:

 

“Məcburi köçkünlərin qeydiyyatda olduqları yer işğal altında olduğuna görə onlar bələdiyyə seçkilərində iştirak edə bilmirlər. Çünki onların bələdiyyələri yoxdur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır