Modern.az

Qənirə Paşayeva TBMM sədr müavini Mehmet Sağlamla görüşüb

Qənirə Paşayeva TBMM sədr müavini Mehmet Sağlamla görüşüb

Aktual

19 Mart 2012, 10:01

Milli Məclisin üzvü, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü dr. Qənirə Paşayeva Türkiyənin “Çağ Öyrətim İşlətmələri” Şirkətinin Azərbaycan təhsil həyatında iştirakının 20-ci ildönümü münasibəti ilə düzənlənən “Müasir Azərbaycan Təhsili və Çağ Öyrətim” adlı elmi-praktik konfransda iştirak etmək üçün Azərbaycana gəlmiş  Türkiyə Böyük Millət Məclisi (TBMM) başqanının müavini Mehmet Sağlam ilə görüşüb.

Görüşdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasi­bətləri, bu münasibətlər sistemində hər iki ölkə parlamentarilərinin üzərinə düşən və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Deputat bildirib ki, yüksək səviyyəli dövlətlərarası münasibətin ictimai təsisatlar, elm-təhsil ocaqları arasında da genişlənməsi gələcəyə qoyulmuş kapitaldır. Bu sırada “Çağ Öyrətim” və Qafqaz Universitetinin Azərbaycanda fəaliyyətini, təhsildə qazandıqları qabaqcıl mövqeni minnətdarlıqla qeyd edən Mehmet Sağlam və Qənirə Paşayeva, əldə edilən uğurların Azərbaycan-Türkiyə münasibətləri, bu münasibətlərin elm-təhsil qolu üçün böyük anlam daşıdığını vurğulayıblar.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır