Modern.az

Məzahir Pənahov: "Azərbaycan polisinin fəaliyyətinə irad tutulmayıb"

Məzahir Pənahov:

Aktual

22 Dekabr 2019, 13:32

"2000-ci ildən bu günə qədər müşahidə aparan daxili və xarici qurumlar tərəfindən Azərbaycan polisinin fəaliyyətinə irad tutulmayıb".

 

Modern.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, Azərbaycan polisi seçkilərdə öz fəaliyyətini qanun çərçivəsində həyata keçirir:

 

"Polisin səsvermə günü fəaliyyəti ilə bağlı regional tədbirlər keçiririk. Yaddaş kitabçası hazırlayırıq. Sevindirici haldır ki, polislə keçirdiyimiz tədbirlər öz müsbət nəticələrini verib”.

 

Qeyd edək ki, sabah bələdiyyə seçkiləri 5049 seçki məntəqəsində keçiriləcək. Səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-da başa çatacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır