Modern.az

Metroda işıqlar sönməyəcək

Metroda işıqlar sönməyəcək

Aktual

17 Yanvar 2020, 13:40

“Bakı metropoliteninin alternativ enerji üçün yaratdığı dizel stansiyaları istismara tam hazırdır”.

 

Bunu Modern.az-a açıqlamasında "Bakı Metrpoliteni"QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

 

Onun sözlərinə görə, artıq "Azərenerji" ASC- nin 10 yarımstansiyasında 17 dizel generatoru quraşdırılıb:

 

“Generatorlar tam olaraq istifadəyə hazırdır, xəttə qoşulub. Əgər metro stansiyalarına verilən yüksək gərginlikli elektrik enerjisi hansısa halda dayandırılarsa, generatorlar dərhal işə düşəcək və qatarlar sərnişinləri tam təhlükəsiz tuneldən çıxarılacaq”.

 

Məmmədov bildirib ki, hazırda stansiyalarda dizayn işləri görülür və fevral ayında stansiyaların təqdimatı keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır