Modern.az

ABŞ İrana hücuma hazırlaşır

ABŞ İrana hücuma hazırlaşır

Dünya

2 Yanvar 2010, 16:51

 

Prezident Barak Obama öz müttəfiqi İsrailin köməyi ilə İrana hücuma hazırlaşır. Modern.az-ın İsrail mətbuatına istinadən yaydığı məlumata görə,  bu barədə Malayziyanın sabiq hökumət başçısı Məhəmməd Mahatxir bildirib. Onun sözlərinə görə, ABŞ İranın nüvə müharibəsinə hazırlaşmasına dair saxta dəlillər ortaya qoyacaq.  Mahatxiri qeyd edir ki, Birləşmiş Ştatlar yaxın vaxtlarda İran İslam Respublikasına qarşı müharibəyə başlayacaq. O qeyd edib ki, Vaşinqton vəziyyəti gərginləşdirməyə çalışacaq. Sabiq nazir Obamanın islam dünyasina münasibətdə  yalançı sülhməramlı siyasətinə aldanmamağa çağırıb Məhəmməd Mahatxir deyib ki, Obama Quantanamo həbs düşərgəsinin bağlanması və İraq qoşunlarının geri çəkilməsi da daxil, vermiş olduğu vədlərin heç birinə əməl etməyib.

 

Xatırladaq ki, Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski də ötən həftə bildirib ki,  İsrail tərəfdən İrana hücum planı artıq bəyənilib, Avropadakı yəhudi lobbisi iəs bu planın prezident Obama tərəfindən bəyənilməsini gözləyir. Qalmaqallı vitse-spiker hesab edir ki, Rusiya hadisələrin bu cür  inkişafından yalnız qazanacaq, çünki dünya bazarından neftin qiyməti artacaq.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır