Modern.az

Hüquq müdafiəçisi Avronest PA-nın prezidenti ilə görüşüb

Hüquq müdafiəçisi Avronest PA-nın prezidenti ilə görüşüb

Aktual

4 Aprel 2012, 18:31

Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin rəhbəri Pərviz Həşimli Avronest Parlament Assambleyasının prezidenti Kristian Vigeninlə görüşüb. Adıçəkilən mərkəzdən verilən məlumatda bildirilir ki,  görüş zamanı hüquq müdafiəçisi Azərbaycanda insan hüquqlarının və demokratiyanın vəziyyəti ilə bağlı Vigeninə məlumatları çatdırıb:

«Bakı şəhərində vətəndaşların mülkiyyət hüquqlarına edilən qəsdlər, 2 aprel mitinqində həbs edilənlərin taleyi, vəkillərə qarşı hakimiyyət orqanlarının təzyiqləri, həçminin, bu yaxınlarda həbs edilən AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidovun həbsi barəsində məlumatlar Avronest PA-nın rəhbərinin diqqətinə çatdırılıb».

P.Həşimli həmçinin, Avronest PA-nın Azərbaycandakı vəziyyəti diqqətdə saxlamağı, hakimiyyətə müsbət dəyişiklərlə bağlı addımlar atması üçün təsir göstərilməsinin vacibliyini vurğulayıb.
Öz növbəsində Vigenin Azərbaycandakı prosesləri izlədiklərini  deyib.

Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı