Modern.az

"Göylərə yüksələn səs"in təqdimatı olub

"Göylərə yüksələn səs"in təqdimatı olub

Qarabağ

9 Aprel 2012, 09:16

Yakın Doğu Universitetində azərbaycanlı tələbə Raul Məsumun "Göylərə yüksələn səs" adlı kitabının təqdimatı olub.

Bu barədə Modern.az saytının Şimali Kipr Türk Cümhuriyyətindəki əməkdaşı məlumat verib.

Məlumatda qeyd edilir ki, YDU hər zaman olduğu kimi öz tələbələrinə sənət və elmi mövzularda dəstək olur. Belə ki, Universitetin Türk dili və ədəbiyyat fakültəsində təhsil alan azərbaycanlı tələbəsi Raul Diniyevin Atatürkə və vətənə sevgi ilə yazdığı "Göylərə yüksələn səs " adlı şer kitabının təqdimatı YDU "Böyük kitabxana"da keçirilib.
YDU rektor köməkçisi Prof. Dr. Fəxrəddin Sadıqoğlu, rektor köməkçisi Prof. Dr. Şenol Bektaş, Türk dili və ədəbiyyat fakültəsi müəllimi Dr. Ərdoğan Saracoğlu, Səhnə sənətləri fakültəsi müəllimi Prof.Dr. Cavanşir Quliyev və Azərbaycanlı tələbələr şurasının həmsədri Emin Rzayev mərasimdə çıxış ediblər.

Təqdimatda Azərbaycanlı tələbələrlə iş üzrə dairə müdiri Ümid Sərdaroğlu və azərbaycanlı tələbələr koordinatoru Günay Sadiqoğlu Məmmədova, YDU tələbələri və KKTCnin digər universitetlərindən olan tələbələr də iştirak ediblər. 
Azərbaycanın dəyərli bəstəkarı, YDU səhnə sənətləri fakültəsi müəllimi Prof. Dr. Cavanşir Quliyev bildirib ki, sənət çətin bir məşğuliyyətdir. Bu yolda müvəffəqiyyət çox çalışmaqla qazanılır.

Toğrul Salehli

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır