Modern.az

MSK Rüfət Quliyevin dairəsindən şikayətə baxdı

MSK Rüfət Quliyevin dairəsindən şikayətə baxdı

Aktual

25 Fevral 2020, 17:00

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən 73 saylı Lənkəran şəhər seçki dairəsi üzrə daxil olmuş yeganə şikayətə baxılıb.

 

Modern.az xəbər verir ki, şikayətçi Müsavat Partiyasının üzvü, deputatlığa qeydə alınmış bitərəf namizəd Yadigar Sadıqlıdır.

 

O, Dairə Seçki Komissiyasına bundan öncə şikayət ünvanladığını və komissiyanın qərarından razı qalmadığını ifadə edib. Y. Sadıqlı həmçinin çoxsaylı qanun pozuntularının qeydə alındığı iddiası ilə şikayətini ünvanlayıb.

 

Müraciəti araşdıran MSK üzvü deyib ki, Dairə Seçki Komissiyası şikayətdə göstərilən halları araşdırıb, müvafiq qərar qəbul edib. Araşdırma zamanı Y. Sadıqlının şikayətində qeyd etdiyi məqamlar öz təsdiqini tapmayıb.

Bununla da MSK-nın ekspert qrupunun rəyi ilə təklif təsdiq edilib. Namizədin şikayəti təmin edilməyib.

 

Qeyd edək ki, 73 saylı seçki dairəsindən lider namizəd Rüfət Quliyevdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır