Modern.az-ın məlumatına görə, daha bir informasiya portalı açılıb. Azərbaycan Hüquqşünasları Konfederasiyası və Avrasiya Hüquqşünaslar Assosiasiyası tərəfindən icra olunan www.femida.az Hüquq İnformasiya Portalı layihəsi Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarının işıqlandırılması, insan hüquqların müdafiəsi sahəsində məlumatlandırılma və maarifləndirməni qarşıya məqsəd qoyub. Saytda bu sahə üzrə ən müxtəlif tədbirlərlə bağlı xəbərlər, yeniliklər, müsahibələr və s. yer alacaq.
Mərhələ-mərhələ imkanları və funksiyaları genişləndiriləcək portalda hələ ki, oxucular “Məhkəmə”, “Kriminal”, “Qanun layihələri” “Hüquq-mühafizə”, “İnsan hüquqları”, “Hüquq klinikası”, “Müsahibə” və digər bölümlərdə maraqlı yazıları oxumaq imkanı qazanacaq.
Femida.az Hüquq İnformasiya Portalı İREX və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan layihə çərçivəsində yaradılıb. Portalın rəhbəri Azərbaycan Hüquqşünasları Konfederasiyasının baş katibi, hüquq üzrə fəlsəfə doktoru Nadir Adilovdur.
Modern.az