Modern.az

Baş Prokurorluqdan intihara cəhd edən feministlə bağlı AÇIQLAMA

Baş Prokurorluqdan intihara cəhd edən feministlə bağlı AÇIQLAMA

10 Mart 2020, 18:52

"İstintaq əsas fərziyyə kimi Aysel Ələkbərzadənin feminist hərəkatının ayrı-ayrı üzvləri  tərəfindən qanunsuz aksiyanın qurbanına çevrilməsi istiqamətində aparılır".

 

Modern.az xəbər verir ki, bunu Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov  bildirib.

 

O qeyd edib ki, cinayət işi üzrə feministlərin fəalları Aslan Həmidli, Nurlan Cəfərov (Nurlan Libre təxəllüslü), Yusif İsayev dindiriliblər.

 

Aysel Ələkbərzadənin aksiya zamanı istifadə etdiyi provokasiya xarakterli şüarın kimlərin təşəbbüsü ilə hazırlanması, ona təqdim olunması və aksiyada nümayiş etdirilməsi xüsusatları araşdırılır və qanunazidd hərəkətlərə yol vermiş şəxslər barəsində ciddi tədbirlər görüləcəkdir.

 

Aksiyanın təşkilatçıları, fəalları, eləcə də Rəbiyyə Məmmədova, Nərmin Şahmarzadə, Xədicə İsmayıl və digər şəxslərin dindirilməsi təmin olunacaqdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir