Modern.az

Operativ qərargah: “Azərbaycanın bütün ərazisində virusa yoluxma aşkarlanıb” 

Operativ qərargah: “Azərbaycanın bütün ərazisində virusa yoluxma aşkarlanıb” 

Aktual

2 Aprel 2020, 12:00

"Son günlər bütün respublika ərazisində virusun aşkarlanması qeydə alınır”.

 

Modern.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

 

Onun sözlərinə görə, artıq rəqəmlər son günlər 10, 20 nəfər artır: "Bütün bölgələrdə test aparılır. Məqsəd virusa yoluxan şəxsləri tez aşkarlamaq, onları və ətrafındakıları izolyasiya etməkdir”.

 

Y.Qarayevanın sözlərinə görə, ən doğru qorunma yolu özünü izolyasiya yoludur: "Bunun xüsusi peyvəndi, dərmanı yoxdur. Hazırda bu xəstəlikdən qorunma yolu hər bir vətəndaşın özünü izolyasiya etməsidir" 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır