Modern.az

Aztəminatlı əhaliyə yardım oluna bilər - İbrahim Məmmədov

Aztəminatlı əhaliyə yardım oluna bilər - İbrahim Məmmədov

Aktual

2 Aprel 2020, 13:12

“Əgər riyazi düşünsək, qaydalara əməl etsək, iki həftədən sonra Azərbaycanda vəziyyət müsbətə dəyişə bilər”.

 

Modern.az-ın məlumatına görə, bunu mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

 

Onun sözlərinə görə, ölkədə xüsusi karantin qəbul olunandan sonra son 3 gün ərzindəki olan vəziyyət göstərir ki, vətəndaşlar qaydalara əməl etmir:

“Buna görə də vəziyyət yaxşılğa doğru dəyişmir".

 

 İ. Məmmədov həmçinin bildirib ki, vətəndaşlara dəymiş ziyanın yüngülləşdirilməsi üçün yaxın günlərdə qərar qəbul olunacaq:

 

"Aztəminatlı əhaliyə, ailələrə yardım oluna bilər. Bundan başqa sahibkarlara dəymiş ziyan da yüngülləşdirilə bilər. Amma hələ ki bu yardımın məbləği müəyyən edilməyib".

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır