Modern.az

“Koronavirusa görə siyasət aləmində istefalar çox olacaq” - Politoloq                   

“Koronavirusa görə siyasət aləmində istefalar çox olacaq” - Politoloq                   

Aktual

13 Aprel 2020, 16:29

Ötən gün Türkiyənin daxili işlər naziri Süleyman Soylu istefa verib. O istefasının səbəbini ölkədə epidemiyanın qarşısının alınması məqsədilə verilən yanlış qərarı ilə əlaqələndirib. Amma nazirin istefa ərizəsi prezident Rəcəb Tayyip Ərdoğan tərəfindən qəbul olunmayıb.

 

İstənilən halda, koronavirus pandemiyası ölkələrin siyasi sisteminə təsir göstərir. Pandemiyanın siyasi nəticələri haqqında Modern.az-a danışan politoloq Tofiq Abbasov isə diqqətə çatdırıb ki, hazırkı proses Dünya Müharibəsi kimi qiymətləndirilir:

“Əslində bu bənzətmədə bir qədər həqiqət var. Karantin dönəmində sosial, siyasi həyat səngiyib. Bir çox güclü dövlətlərin, təşkilatların gücsüzlüyünün şahidi olduq. Hətta Avropa İttifaqı kimi mükəmməl, cəlbedici sayılan təşkilat “çat verib”. Bu onu göstərir ki, proses gedə-gedə insanlar bu təhdidə cavab verirlər. Belə bir vaxtda səhvlərin olması isə normaldır. Bəzi ölkələr koronavirus yayılan kimi onu düzgün analiz edə bilmədilər. Lakin sonrakı gedişat göstərdi ki, situasiya həddindən artıq ciddidir. İnsanları qorumaq üçün özünü təcrid, izolyasiya ən münasib çıxış yoludur. Hansı ölkələrin ki, maddi, qızıl  ehtiyyatı var, onlar bir qədər özlərini daha əmin hiss edirlər”.

 

Pandemiya dövrünün ciddi proses olduğunu qeyd edən T. Abbasovu fikrincə, koronavirus kimin nəyə qadir olduğunu göstərir. O, həmçinin pandemiyyaa görə, bir sıra məmurların, vəzifə sahiblərinin istefasını gözlədiyini bildirib.

“Halbuki postpandemiya dövründə iqtisadi nizam, vəziyyət insanların hansı dayaqlara söykənə biləcəyi məlum olacaq. Postpandemiya dövründə kim güclüdürsə, mövqeyini qoruyub saxlaya biləcək. Böyük itkilərə məruz qalmış tərəflərin siyasətçilərini, məmurlarını isə istefa aqibəti gözləyir. Siyasi aləmdə hər bir eksterimal vəziyyət siyasi elitaların, rəhbərlərin, icraçıların gözlənilməz vəziyyətə hazır olub- olmamasını açığa çıxarır. Bu baxımdan koronavirus pandemiyası dönəmində və bundan sonra istefalar çox olacaq”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır