Modern.az

Fond bağlanan bankların əmanətçilərinə müraciət etdi

Fond bağlanan bankların əmanətçilərinə müraciət etdi

Aktual

16 May 2020, 20:14

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 12 may 2020-ci il tarixli qərarı ilə “AG Bank” ASC və “NBC Bank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilib.

Əmanətlərin Sığortalanması Fondundan Modern.az-a  verilən məlumata görə, “AG Bank” ASC və “NBC Bank” ASC-də yerləşdirilən sığortalı əmanətlər Fond tərəfindən qanunvericiliyə uyğun müddətdə əmanətçilərə qaytarılacaqdır.

Əmanətlərin qaytarılması üçün sənəd qəbulunun yeri və vaxtı barədə əlavə məlumat veriləcəkdir.

Əlavə olaraq Əmanətlərin Sığortalanması Fondu bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli 2-3 (103)-131/2020 saylı qərarı ilə “NBC Bank” ASC, 14 may 2020-ci il tarixli 2-3 (103)-132/2020 saylı qərarı ilə isə “AG Bank” ASC müflis elan edilmiş və iflas proseduruna başlanıb. Məhkəmə qərarlarına əsasən Əmanətlərin Sığortalanması Fondu “NBC Bank” ASC və “AG Bank” ASC-nin ləğvedicisi təyin edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır