Modern.az

Puerto-Riko ABŞ-ın ştatı ola bilər

Puerto-Riko ABŞ-ın ştatı ola bilər

Dünya

17 May 2020, 17:36

Puerto-Riko adanın statusu ilə bağlı referendum keçirilməsini planlaşdırır.

 

Modern.az Lent.ru-ya istinadla xəbər verir ki, vətəndaşlar bu suala cavab verəcəklər: “Puerto-Riko dərhal Amerika Birləşmiş Ştatlarının tərkibinə qəbul olunmalıdırmı?”

 

Referendumun 2020-ci il noyabrın 3-də keçirilməsi qərara alınıb.

 

Puerto-Riko hakimiyyəti hesab edir ki, ölkə yeni ştat kimi ABŞ-ın tərkibinə daxil olmalıdır.

 

Yerli hakimiyyətin bu istəyi iqtisadi problemlərlə bağlıdır. Puerti-Rikonun xarici borcu 80 milyard dollardan çoxdur, yoxsulluq həddi isə 45 faiz səviyyəsindədir.

 

Qeyd etmək lazımdır ki, əgər puertorikalılar ABŞ-ın tərkibinə daxil olmağa razılaşsalar belə, ölkənin 51-ci ştat olmaq ehtimalı azdır.

 

Fakt budur ki, referendumun nəticələrinin ABŞ-da icrası məcburi deyil.

 

Yeni ştatın ölkənin tərkibinə daxil olması ilə bağlı qərar ABŞ Konqresində də qəbul olunmalıdır.

 

Bundan əlavə, puertorikalılar əvvəllər ABŞ vətəndaşları olmaq üçün çıxış ediblər. 2017-ci ildə keçirilən referendumun nəticələrinə görə, bu qərarın lehinə ada ölkəsi əhalisinin 97 faizi səs verib. Ancaq bu Puerto-Rikonun statusuna heç bir təsir göstərməyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır