Modern.az

Bu ölkədə koronavirusdan ölənlərin sayı 9 mini ötdü

Bu ölkədə koronavirusdan ölənlərin sayı 9 mini ötdü

Dünya

17 May 2020, 23:07

Belçikada yeni növ koronavirusdan ölənlərin sayı artıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə COVİD-19-dan ölənlərin sayı 9 mini ötüb.

 

Belçikanın Səhiyyə Nazirliyindən verilən məlumata görə, ölkə ərazisində 55 min nəfərdə koronavirus aşkarlanıb.

 

Virusa yoluxanlardan  14 min nəfəri sağalıb.

Qeyd edək ki, martın 14-dən Belçika karantin rejimi tətbiq edilib: təhsil, mədəniyyət və ictimai müəssisələr bağlanıb. Həmçinin kütləvi tədbirlər qadağan edilib və sərhədlər bağlanıb. Mayın 4-dən ölkədə məhdudiyyətlər tədricən ləğv edilməyə başlayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır