Modern.az

TƏBİB-dən virusa yoluxan həkimlərlə bağlı AÇIQLAMA

TƏBİB-dən virusa yoluxan həkimlərlə bağlı AÇIQLAMA

Aktual

18 May 2020, 17:54

"Hazırda bütün xəstəxanalara baxış keçirilir. Ona görə də hər dəfə hansısa ayrı-ayrı xəstəxanalara aid xəbər vermək düzgün deyil".

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanası ilə bağlı sualı cavablandırarkən bildirib.

Y.Qarayevanın sözlərinə görə, Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanası da bu qəbildəndir:

"Bir daha vurğulamaq istəyirəm ki, bu günə qədər tibb işçiləri arasında qeydə alınan yoluxmalar xüsusi xəstəxanalarda baş verməyib".

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı