Modern.az

Vüsal Hüseynov koronavirusun miqrasiyaya təsirindən danışdı

Vüsal Hüseynov koronavirusun miqrasiyaya təsirindən danışdı

Aktual

20 May 2020, 11:33

“Bütün dünyada olan pandemiya miqrasiyaya da təsirsiz ötüşməyib”.

 

Modern.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov onlayn mətbuat konfransında bildirib.

 

O, koronavirusun yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin Sərəncamı ilə tərkibində Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinin də təmsil olunduğu Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən sistemli tədbirlər görülməklə yanaşı, miqrasiya məsələlərinin də diqqətdə saxlanıldığını deyib:

 

“Bu gün sosial izolyasiya və evdə qalmadan danışırıqsa, insanların yerdəyişmə istəkləri məhdudlaşdırılır. Bu dövrdə DMX operativ uyğunlaşma həyata keçirməyə çalışdı. Ölkədə bir kontingent müvafiq yaşama icazəsi olanlardır, burada davamlı yaşayanlardır. İkincisi vizasız qaydada və ya vizalı müddətdə gələnlərdir. Karantin müddətində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sağlamlığının və təhlükəsizliyinin qorunması, onların rahatlığının təmini, evdən çıxma səbəblərinin minimuma endirilməsi məqsədilə DMX tərəfindən bir sıra xidmətlər yalnız elektron qaydada həyata keçirilib. Bu sənədlər elektron poçt vasitəsilə göndərilib”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır