Modern.az

Əcnəbilərin deportasiyası niyə dayandırılıb? - AÇIQLAMA

Əcnəbilərin deportasiyası niyə dayandırılıb? - AÇIQLAMA

Aktual

20 May 2020, 12:19

"Bu gün bütün dünyada pandemiya hökm sürdüyü üçün deportasiya prosesi dayandırılıb”.

 

Modern.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov “Pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və ölkəmizdə olan əcnəbilərə göstərilən xidmətlər” mövzusunda keçirdiyi onlayn mətbuat konfransında deyib.

 

“Əgər barələrində deportasiya qərarı verilən şəxslər varsa, onlar da hazırda qərarın icrasının vaxtını gözləyirlər. Bu proses sərhədlərin bağlanması ilə əlaqədar dayandırılıb. Azərbaycanda da deportasiya qərarını gözləyənlər var. Hərəkət bərpa olduqdan sonra deportasiya da təmin olunacaq”, - deyə xidmət rəisi qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır