Modern.az

Ermənistanda koronavirusa yoluxanların sayı artdı

Ermənistanda koronavirusa yoluxanların sayı artdı

27 May 2020, 11:25

Ermənistanda koronavirusa yoluxanların sayı 7 774 nəfərə çatıb.

 

Modern.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 372 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 7 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 98 nəfər koronavirusdan ölüb, 43 777 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır