Modern.az

AMİP-ə yeni sədr seçiləcək

AMİP-ə yeni sədr seçiləcək

Aktual

9 İyun 2020, 16:45

Bu il Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədrinin seçilməsi və digər strukturlarının formalaşdırılması nəzərdə tutulub.

 

Bu barədə Modern.az-a  AMİP Mərkəzi Şurasının üzvü Əli Oruclu məlumat verib. O qeyd edib ki, koronovirus pandemiyasına görə bu tədbirlər təxirə salınıb:

 

“Yeni sədrin seçilməsi və strukturun müəyyənləşdirilməsi üçün qurultay keçirmək lazımdır. Bildiyimiz kimi, indiki şəraitdə kütləvi tədbirlərə icazə yoxdur və biz qurultay keçirə bilmərik. Ona görə, bununla bağlı konkret fikir söyləmək də hələ tezdir. Ümid edək ki, tezliklə bu bəla Azərbaycanın başının üstündən çəkiləcək. Hər şey normal axarına qayıdandan sonra qurultay haqqında düşünmək olar”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır