Modern.az

Naftalanda vətəndaşların növbəti onlayn qəbulu keçirilib - FOTO

Naftalanda vətəndaşların növbəti onlayn qəbulu keçirilib - FOTO

Aktual

6 İyul 2020, 14:35

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov iyulun 06-da növbəti onlayn qəbulunu keçirib.

 

Modern.az xəbər verir ki, şəhər sakinlərinin  müraciəti diqqətlə dinlənilib.

 

Dinlənilmiş bütün vətəndaş  müraciətləri qeydiyyata alınaraq nəzarətə götürülmüşdür. Həlli vacib və mümkün olan problemlər müzakirə zamanı həllini tapıb. Digərlərinin operativ olaraq araşdırılacağı və aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görüləcəyi vətəndaşların nəzərinə çatdırılıb. Müraciətlərin əsas məzmunu məşğulluq, torpaq sahəsi əldə edilməsi və sair məsələrlə bağlı olub.

 

Video qəbul zamanı şəhər rəhbəri bir daha hər bir vətəndaşa özlərinin və yaxınlarının sağlamlığı üçün karantin rejiminin qaydalarına riayət etmələrini, özünütəcrid tədbirlərinə uyğun davranmaqlarını və şəxsi gigyenik qaydalara əməl etmələrini tövsiyə edib.

 

Qəbula gələnlər onların şikayət və təkliflərinin  dinlənilməsindən məmnunluqlarını ifadə edərək ölkədə, o cümlədən Naftalan şəhərində həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını bildiriblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi