Hollandiyada ermənilərin etiraz aksiyasını polis dağıdıb.
Modern.az xəbər verir ki, Hollandiyada yaşayan ermənilər günorta saatlarından Azərbaycanın əleyhinə kütləvi etirazlar təşkil edir. Onların aksiyasına cavab olaraq azərbaycanlılar bayraqlarımızı dalğalandıraraq saatlardır ki, mübarizə aparırlar.
Qeyd edək ki, düşmən tərəfə 7 saat müddətində aksiya keçirmək üçün polisdən icazə alıb. Lakin polislər onları qaydaları pozduğu üçün sakitləşdirib və nəzarətdə saxlayır. Artıq ermənilərin qarşısını xüsusi təlim görmüş itlər alıb. Vətəndaşlarımız isə sonadək mübarizəsindən əl çəkməyib.