Modern.az

Deputatdan ETİRAZ: “Gürcüstan Azərbaycana arxadan zərbə vurub”

Deputatdan ETİRAZ: “Gürcüstan Azərbaycana arxadan zərbə vurub”

Aktual

20 İyul 2020, 15:40

Azərbaycan və Ermənistan arasında Tovuz istiqamətində 4 gün davam edən hərbi əməliyyatlardan bir neçə gün əvvəl Serbiyadan Ermənistana iri partiyada müxtəlif çaplı minaatan mərmiləri çatdırılıb. Həmin sursat quru yoluyla, Gürcüstan üzərindən Ermənistana keçirilib. Məlumatı Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Xələf Xələfov da təsdiqləyib.

Qeyd edək ki, sosial şəbəkələrdə Rusiyadan Gürcüstandan keçməkləı Ermənistana “KamAZ” avtomobilləri ilə digər hərbi ləvazimatlar, o cümlədən minaatanlar və “Qrad” qurğuları üçün launçerlərin daşındığı haqda da məlumatlar yayılıb.

Modern.az-ın əməkdaşı baş verənlərlə bağlı Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanovun fikirlərini öyrənib. Deputat Gürcüstan tərəfinin sözügedən hadisələrlə bağlı rəsmi açıqlama verməməsindən narazı olduğunu bildirib:

"Bu barədə məlumatı mən ilk dəfə Azərbaycan mətbuatında gördüm. Artıq bu gün də Gürcüstanda bəzi telekanallar ermənilərə silah yardımı ilə bağlı xəbərlər yayımlayıb. Amma maraqlıdır ki, belə hadisə baş verirsə, nə prezident, nə baş nazir nə də parlament sədri bir dənə olsun açıqlama vermir ki, fakt var ya yox. Əgər məlumatlar həqiqətə uyğundursa, Gürcüstan hökuməti Azərbaycana arxadan zərbə vurub. Həm Gürcüstanla Azərbaycan arasında strateji əməkdaşlıq baxımından, həm bu iki dövlətin uzun illər bir-biri ilə yaxın olması baxımından bu əməlin törədildiyinə inanmaq istəmirik".


Deputat Gürcüstanda Rusiyaya məxsus hərbi maşınların görünməsi məsələsinə də toxunub:


"Burda şayiələr gəzir ki, Gürcüstanda Rusiyadan gələn hərbi maşınlar görünüb. Hətta bununla bağlı sosial şəbəkələrdə videolar da yayılıb. Lakin həmin maşınların içərisi boş olub, yəni hansısa silah-sursat müşahidə edilməyib. Bu məsələ ilə də bağlı Dövlət Təhlükəsizlik Xidmətindən açıqlama gözləyirdik, amma qurum tərəfindən hələ ki heç bir məlumat yoxdur. Bu kimi hərəkətlərin olması Gürcüstan hakimiyyətinin Azərbaycana qarşı haqsızlıq etdiyinin göstəricisidir və belə vəziyyət Gürcüstanda həm azərbaycanlılar, həm də elə gürcülər arasında böyük narazılıq yaradacaq. Dost, qardaş dediyimiz dövlətə arxadan zərbə vurmaq satqınlıqdır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır