Modern.az

Sabah 11 şəhər və rayonda buraxılış imtahanı keçiriləcək

Sabah 11 şəhər və rayonda buraxılış imtahanı keçiriləcək

Təhsil

12 İyun 2012, 17:27

Sabah növbəti  buraxılış imtahanları keçiriləcək. Bu barədə Modern.az  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının  (TQDK) mətbuat xidməti məlumat verib. TQDK-dan bildirilib ki, iyunun 13-də Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və Tovuz şəhərlərində orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün buraxılış imtahanları keçirəcək. İmtahan  hər bir rayon üzrə saat 10:00-da  XI siniflər, eyni gündə  saat 15:00- da isə IX siniflər öz biliklərini nümayiş etdirəcəklər.

İyunun 13 də saat 10:00-da orta ümumtəhsil müəssisələrinin XI   siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün həmin rayonlarda ümumilikdə 35 imtahan mərkəzi ayrılıb. İmtahan Gəncə şəhərində 6, Daşkəsən rayonunda 1, Göygöl rayonunda 2, Samux rayonunda 3, Naftalan rayonunda 1, Goranboy rayonunda 3, Şəmkir rayonunda 6, Gədəbəy rayonunda 3, Ağstafa rayonunda 2, Qazax rayonunda 3, Tovuz rayonunda isə 5 binada keçiriləcək.

Sabah  adı çəkilən rayonlar üzrə 11382 nəfər XI  sinif şagirdinin (Gəncə şəhərində 2115, Daşkəsən rayonunda 242, Göygöl rayonunda 673, Samux rayonunda 656, Naftalan rayonunda 71, Goranboy rayonunda 1270, Şəmkir rayonunda 2289, Gədəbəy rayonunda 699, Ağstafa rayonunda 900, Qazax rayonunda 868, Tovuz rayonunda 1599 nəfər) buraxılış imtahanında iştirakı nəzərdə tutulub.

İyunun 13-də saat 15:00 da orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün həmin rayonlarda ümumilikdə 35 imtahan mərkəzi ayrılıb:İmtahan Gəncə şəhərində 6, Daşkəsən rayonunda 1, Göygöl rayonunda 2 , Samux rayonunda 3, Naftalan rayonunda 1, Goranboy rayonunda 3, Şəmkir rayonunda 6, Gədəbəy rayonunda 3, Ağstafa rayonunda 2, Qazax rayonunda 3, Tovuz rayonunda isə 5 binada keçiriləcək. Həmin gün imtahan keçiriləcək rayonlar üzrə  16681 nəfər IX  sinif şagirdinin (Gəncə şəhərində 3114, Daşkəsən rayonunda 436, Göygöl rayonunda 1002, Samux rayonunda 849, Naftalan rayonunda 87, Goranboy rayonunda 1729, Şəmkir rayonunda 3164, Gədəbəy rayonunda 1336, Ağstafa rayonunda 1175, Qazax rayonunda 1323, Tovuz rayonunda 2466 nəfər) buraxılış imtahanında iştirakı nəzərdə tutulub. Buraxılış imtahanının qaydalarına görə: Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə  keçirilir. 

Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. Bundan əlavə, şagirdlər təqdim edilib mövzu üzrə yazı işi yerinə yetirirlər. Qeyd edək ki, TQDK tərəfindən buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə Ana dili və Riyaziyyat fənlərindən test tapşırığı nümunələri və təqdim ediləcək yazı işlərinin mövzuları Komissiyanın internet saytında yerləşdirilib. İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.
Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir. 

Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. Səhhəti, ailə vəziyyəti ilə bağlı buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər iyul  ayının 4-də buraxılış imtahanı verəcəklər.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı