Modern.az

Ramil Səfərovun ekstradisiya məsələsi nə yerdədir?

Ramil Səfərovun ekstradisiya məsələsi nə yerdədir?

Aktual

18 İyun 2012, 11:41

Azərbaycanlı zabit Ramil Səfərovun Macarıstan paytaxtı Budapeştdə həbsdə saxlanılmasından 8 ildən çox zaman ötür. O, 2004-cü il fevral ayının 19-da Azərbaycan bayrağını təhqir edən erməni hərbçi Qurgen Markaryanı öldürməkdə təqsirli bilinib. Müəyyən zamanlarda onun vətənə ekstradisiyasə məsələsi gündəmə gətirilsə də, bu istiqamətdə hələki müsbət nəticə əldə edilməyib.

Modern.az Ramil Səfərovun ekstradisiyası məsələnin nə yerdə olduğunu öyrənmək üçün müvafiq qurumlarla əlaqə saxlayıb.

Müdafiə və Xarici İşlər nazirliklərindən hər hansı məlumat verilmədi. Bildirildi ki, bu məsələ ilə onlar məşğul deyillər.

Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aydın Ağazadə isə  bildirdi ki, Ramil Səfərovun Azərbaycana ekstradisiyası üçün iş gedir. Lakin o, bu məsələnin gündəmə gətirilib qabardılmasının əleyhinədir.
 
“Bu işi qabartmaq lazım deyil. Cinayət işidir oldu, jurnalistlər bunu siyasiləşdirdilər və nəticədə  o biri tərəf də başladı ki, Ramil Səfərovu Milli Qəhrəman səviyyəsinə qaldırıblar. İş gedir, sonda nəsə nəticə əldə ediləcəyini, heç kim bilə bilməz”.

 

Aytən ƏLİYEVA

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı