Modern.az

Bu gün daha 10 şagird, 7 işçi heyətdə koronavirus AŞKARLANDI

Bu gün daha 10 şagird, 7 işçi heyətdə koronavirus AŞKARLANDI

22 Sentyabr 2020, 22:09

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində COVID-19-la bağlı bu günə olan məlumatı açıqlayıb.

Modern.az xəbər verir ki, sentyabrın 22-də 36 şagirddə hərarət 37 dərəcədən yüksək olub.

Məlumata görə, bu gün 10 şagirddə koronavirus aşkarlanıb. Virusun aşkarlandığı işçi heyətin sayı isə 7 nəfərdir.  

Sentyabrın 22-də 7 nəfər işçi heyətdə də 37 dərəcədən yüksək hərarət müşahidə edilib.

Bu gün daha 2 sinif distant təhsilə keçirilib. Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 6-ya çatıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır