Modern.az

“Füzuli rayonu istiqamətində intensiv döyüşlər davam edir” - DEPUTAT

“Füzuli rayonu istiqamətində intensiv döyüşlər davam edir” - DEPUTAT

Aktual

28 Sentyabr 2020, 10:08

"Sentyabrın 27-dən 28-ə keçən gecə Füzuli rayonu istiqamətində intensiv döyüşlər davam edib. Azərbaycan ordusu döyüş şəraitinə tam nəzarət edir".

 

Modern.az xəbər verir ki, bu barədə döyüş bölgəsində - Füzuli rayonunda olan millət vəkili Vüqar Bayramov məlumat verib. 

 

Millət vəkili qeyd deyib ki, erməni silahlı qüvvələri tərəfindən mülki vətəndaşların atəşə tutulması faktları var.

 

Millət vəkili həmçinin vurğulayıb ki, dünən səhərdən etibarən minlərlə Füzili sakini toplaşaraq Ali Baş Komandana və orduya öz dəstəklərini nümayiş etdiriblər:

 

“Füzuli sakinləri Ali Baş Komandanımızın ətrafında sıx birləşib və böyük  qələbənin tezliklə əldə ediləcəyinə tam inanırlar. Ordu və əhali arasında əhval-ruhiyyə kifayət qədər yüksəkdir. Mülki vətəndaşlarımızın təhlükəsizliyi təmin edilib və bu istiqamətdə işlər davam etdirilir.”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı