Modern.az

Bu tarixə kimi həftəsonları ictimai nəqliyyat işləməyəcək

Bu tarixə kimi həftəsonları ictimai nəqliyyat işləməyəcək

Aktual

28 Sentyabr 2020, 17:12

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” qərar verib.

 

Modern.az xəbər verir ki, qərarə əsasən şənbə-bazar günləri yenə də ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.

 

Belə ki, 2020-ci il 3 oktyabr saat 00:00-dan 5 oktyabr saat 06:00-dək, 10 oktyabr saat 00:00-dan 12 oktyabr saat 06:00-dək, 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır