“Ermənistan tərəfindən Azərbaycan mülki əhalisinə qarşı qorxaqcasına və xaincəsinə raket hücumları edilməsi, o cümlədən Gəncəyə növbəti raket zərbələri endirilməsi Ermənistanın dövlət səviyyəsində terror və soyqırımı aktı siyasətini davam etdirdiyini göstərir. Ermənistan məsuliyyətə cəlb edilməlidir”.
Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter hesabında yazıb.
"Ermənistanın Gəncədəki mülki şəxslərə qarşı xain və amansız raket hücumu, Ermənistanın siyasi-hərbi rəhbərliyinin döyüş meydanında məğlub olması qarşısında zəifliyi və çarəsizliyini göstərir".
Turan ASLAN