Modern.az

Düşmən bu rayonlarımıza 100-dən çox top mərmisi atıb

Düşmən bu rayonlarımıza 100-dən çox top mərmisi atıb

Aktual

26 Oktyabr 2020, 17:54

Saat 08:00-dan 13:00-dək Azərbaycanın Ağcabədi, Tərtər, Ağdam rayonlarına 100-dən çox top mərmisi atılıb. Fərq qoymadan mülki vətəndaşlar hədəf alınıb. Bu, Ermənistanın humanitar atəşkəs öhdəliklərinə necə əməl etdiyini göstərir. Xoşbəxtlikdən, vətəndaşlar arasında itki yoxdur.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır