Modern.az

Hadi Rəcəbli qaliblərə ”Ustad Dərsi” keçdi - FOTOLAR

Hadi Rəcəbli qaliblərə ”Ustad Dərsi” keçdi - FOTOLAR

Aktual

18 İyul 2012, 15:15

Modern.az saytının Milli Məclisin deputatları ilə ali məktəb tələbələri arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin növbəti qalibləri bəlli olsa da mükafatlandırma avqust ayına qaldı . Deputat Hadi Rəcəbli məzuniyyətdə olmağına baxmayaraq görüşü Milli Məclisdə, öz iş otağında təşkil etdi.

Bizi və müsabiqənin bu dəfə ki, hər üç qalibini Hadi müəllim sadə idman üslublu geyimi və elə məzuniyyət abu-havası ilə qarşıladı. Özümüzə yer eləyib oturar-oturmaz deputat söhbətə başladı. İlk olaraq müsabiqəyə təqdim olunmuş yazılardan narazı olduğunu bildirən millət vəkili ümumiyyətlə bu yazıların mətn strukturundan və tələbələrin mövzu ətrafında dünya görüşlərinin zəif olmasından şikayət etdi :

“Peşə seçimi və gənclərin sənətə bağlılığı” mövzusunu müsabiqəyə təqdim edərkən, tələbələrdən daha fərqli  münasibət alacağıma güman etsəm də şablon və bir-birini təkrar edən, redaktəsiz, bir dəfəyə yazılmış yazılarla qarşılaşdım. Seçdiyim hər üç qalibin yazıları da o qədər  qənaətbəxş deyildi. Sadəcə bu üç yazıda az da olsa fərqli, subyektiv bir fikir və yanaşma ilə rastlaşdım “ .

Yazılarla bağlı fikirlərini bildirdikdən sonra millət vəkili hər üç tələbə ilə mövzu ətrafında kiçik bir diskusiya təşkil edib, onların toxunub da əhatə edə bilmədikləri nüansları qabardaraq mövzunu əhatə dairəsini tam, mənzərəli şəkildə ortaya qoydu. Yazı yazmaq vərdişini inkişaf etdirmək, düzgün mənt strukturunun incəlikləri haqqında tələbələrə qısa mühazirə keçib, müsabiqəyə təqdim etdikləri yazıları qeyd olunan nüansları, yazı texnikasına əməl etmək şərtilə yenidən işləməyi tövsiyyə edən Hadi Rəcəbli onlara avqust ayına qədər vaxt verdi. O, vəd etdiyi hədiyyələri də yazıların redaktə olunmuş variantını oxuduqdan sonra yeni bir görüş təşkil edib verəcəyini bildirdi.

Qeyd edək ki, bu dəfə ki, müsabiqədə deputat Bakı Dövlət Universitetinin II kurs magistrı Turac Teyyubqızına 1-ci yeri verib. Həmin tələbə avqust ayının 15-dən sonra 3 gün “Palıdılı Sahil ” istirahət mərkəzində istirahət edəcək. 

2-ci yerin qalibi Qərb Universitetin siyasi elmlər fakültəsinin tələbəsi Əli Məmmədliyə mobil telefon veriləcək. 

3-cu yerin qalibi Bakı Slavyan Universiteti Tərcümə fakultəsinin  I kurs tələbəsi Aytac Məmmədovaya Milli Məclisin loqotipi olan dəftərxana dəsti və H.Rəcəbli haqqında olan kitablar hədiyə olunacaq.

 

 

 

 

 

 

 

Elçin AĞAYEV  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır