Modern.az

“Azərsu” abunəçilərlə bağlı məlumat yaydı

“Azərsu” abunəçilərlə bağlı məlumat yaydı

Aktual

19 İyul 2012, 18:03

01 iyul 2012-ci il tarixinə olan məlumata görə, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ölkə üzrə 1110815 abunəçiyə xidmət göstərir. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, istehlakçıların 97 %-ni əhali, 3 %-ni isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir. Cari ilin ikinci rübündə içməli su  və kanalizasiya xidmətlərinin  istifadəçisi  kimi qeydiyyata  alınmış istehlakçıların sayı 17135 abunəçi və ya 1,6 % artıb. Abunəçi sayında artım əsasən nəzarət tədbirlərinin gücləndirilməsi, qeyri-qanuni qoşulmaların rəsmiləşdirilməsi, həmçinin yeni abunəçilərin qeydiyyata alınması hesabına baş verib.

“Azərsu” ASC istehlakçıların su sayğacları ilə təmin olunmasına da xüsusi diqqət yetirir. 2012-ci ilin ikinci rübündə 11350 abunəçi sayğacla təmin olunub. Bununla da ölkə üzrə sayğaclı abunəçilərin sayı 534385-ə çatıb. Hazırda abunəçilərin 48,1 faizi sayğacla təmin olunub.                                      
Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır