Modern.az

Bakcell nazirliyin fəxri fərmanı ilə təltif olunub

Bakcell nazirliyin fəxri fərmanı ilə təltif olunub

Aktual

20 İyul 2012, 14:37

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə elan edir ki, şirkət Bakıda Eurovision - 2012 mahnı müsabiqəsi zamanı mobil rabitə xidmətlərinin uğurla həyata keçilməsinə görə artıq ikinci dəfədir ki mükafatlandırılır. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) Eurovision-2012 beynəlxalq mahnı müsabiqəsi zamanı yüksək keyfiyyətli və dayanıqlı mobil rabitə xidmətlərinin göstərilməsinə görə Bakcell şirkətini fəxri fərmanla təltif edib. Bakcell şirkəti RİTN-in fərxi fərmanı ilə təltif olunmuş yeganə mobil operatordur.

“Baku Crystal Hall” zalının daxili mobil rabitə sistemi Bakcell tərəfindən quraşdırılıb. Sistem hər üç mobil operatorun 2G və 3G kanalları qoşulmaqla 31 000 nəfərdən artıq abunəçiyə xidmət göstərilməsi üçün nəzərdə tutulub. Şəbəkənin tutumu Eurovision müsabiqəsi zamanı böyük həcmlərdə və fasiləsiz səs, SMS və internet xidməti göstərmək imkanını yaradıb.
“Biz ən müasir şəbəkə qurmaq məqsədimizə nail olmuşuq və Eurovision müsabiqəsi zamanı gördüyümüz işlərə görə artıq ikinci mükafata layiq görüldüyümüz üçün qürur duyuruq. “Baku Crystal Hall”  Eurovision üçün rekord bir müddətdə həyata keçirilmiş mühüm stadion layihəsidir.  Zalın yüksək tutumlu çoxrejimli daxili şəbəkəsi Bakcell tərəfindən təmin edilib”, -deyə Bakcell şirkətinin Baş icraçı direktoru Riçard Şirer bildirib. Qeyd edək ki, bu yaxınlarda Bakcell şirkəti Londonda mobil kommunikasiya sənayesinin 360 nəfər nümayəndəsinin iştirakı ilə keçirilmiş mərasim zamanı “Baku Crystal Hall” zalında tətbiq olunmuş mobil innovasiyalara görə beynəlxalq “GTB Innovation Award 2012” mükafatı ilə təltif edilib.
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir