Modern.az

"Qarabağ"  "sülhə" razılaşdı

Aktual

29 Noyabr 2020, 16:40

Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, "Keşlə" "ASK Arena"da "Sabah"la heç-heçə edib - 1:1.

 

Görüşdə bütün qollar ikinci hissədə vurulub. Matçın 54-cü dəqiqəsində meydan sahibləri azlıqda qalıb. Con Kamara qırmızı vərəqə alaraq, meydandan qovulub. Dörd dəqiqə sonra qonaqlar Kevin Kubembanın qolu ilə hesabı açıb. Oyunun 85-ci dəqiqəsində isə Sezar Meza Kolli tarazlığı bərpa edib. Bu heç-heçədən sonra xallarının sayını 13-ə çatdıran "Keşlə" 5-ci pillədə qalıb. Masazır təmsilçisi isə 10 xalla 6-cı sıradakı mövqeyini qoruyub.

 

Qeyd edək ki, turun ilk oyununda "Neftçi" evdə "Zirə" ilə qolsuz heç-heçə edib. Bu günün ikinci matçında "Qarabağ" "Səbail"in qonağı olacaq.

 

Tura sabah keçiriləcək "Sumqayıt" - "Qəbələ" görüşü ilə yekun vurulacaq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır