Modern.az

Koronavirusdan ölən jurnalistlər...

Koronavirusdan ölən jurnalistlər...

Media

8 Dekabr 2020, 11:05

Dünyada ümumi koronavirusa yoluxma sayı artıq 67 milyonu ötüb. Modern.az xəbər verir ki, günbəgün artan statistika nəticələrinə görə bu xəstəlikdən ölənlərin sayı 2 milyona yaxınlaşır. Azərbaycanda da təəssüf ki, bu rəqəm az deyil.Koronavirusdan həyatını dəyişənlər arasında jurnalistlərimiz də var.

İyulun 1-də AzTV-nin İctimai-siyasi və analitik verilişlər departamentinin rejissoru Nemətzadə Samir 1 saylı Klinik Tibbi Mərkəzdə koronavirusdan dünyasını dəyişib. 

15 iyun 2020-də daha bir ölüm baş verib. Tanınmış foto-jurnalist Fərman Bağırov da koronavirusa görə vəfat edib. O, uzun illər “Azərbaycan” qəzetində çalışmışdı.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) Kinoproqramlar və dublyaj baş redaksiyasının baş redaktoru Etibar Babayev 3 iyulda koronavirusdan ölüb.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) koronavirusa yoluxan böyük redaktoru Əmrah Fəqanoğlu koronavirusdan 28 iyul tarixində vəfat edib. O, “Yeni Klinika”nın Reanimasiya şöbəsində müalicə olunurdu. 


Qeyd edək ki, 56 ölkədə 489 jurnalist koronavirusdan həyatını itirib.


Fidan ƏLİ

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!