Modern.az

Tahir Mirkişili: Azərbaycan qorunan əmanətlərə görə dünyada ilk yerlərdədir

Tahir Mirkişili: Azərbaycan qorunan əmanətlərə görə dünyada ilk yerlərdədir

İqtisadiyyat

11 Dekabr 2020, 11:47

“Əmanətlərin  tam sığortalanması qanununa edilən yeni dəyişikliyə əsasən, fiziki şəxslərin də banklarda olan 20 min manata qədər əmanəti Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunacaq. Bu, çox mühüm yenilikdir”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

 


Tahir Mirkişilinin sözlərinə görə, yeni qanun layihəsi həm də depozit hesablarında olan vəsaitin tam sığortalanmasını təklif edir:

 


“Bu mexanizmdən çıxmaqla, bankların da məsuliyyəti artacaq, eyni zamanda iri əmanətçilərin banklar üzərində nəzarəti artacaq”.

 

Komitə sədri bildirib ki, Əmanətlərin tam sığortalanması ilə bağlı qanunun qüvvədə olduğu 4 il 9 ay müddətində bu qanun öz hədəflərinə nail olub:

 


“Bu qanun layihəsinin qüvvədə olduğu illərdə bankların sağlamlaşdırılmasına nail olundu. Eyni zamanda 43 min əmanətçiyə 1,3 milyard manat əmanət qaytarıldı. Banklara inam artıb. Bu mexanizmdən çıxdıqdan sonra artıq 100 min manat limit müəyyən ediləcək. Azərbaycanda 100 mindən çox olan əmanətlərin sayı elə də çox deyil. Deməli, bu mexanizmdən çıxdıqdan sonra da qorunan əmanətlərin sayı kifayət qədər olacaq. Qorunan əmanətlərin məbləğinə görə Azərbaycan dünyada yüksək yerlərdən birini tutur”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı