Modern.az

Savaşdan sonrakı savaş: JURNALİSTLƏRİMİZ NƏ ETMƏLİDİR...

Savaşdan sonrakı savaş: JURNALİSTLƏRİMİZ NƏ ETMƏLİDİR...

Media

14 Dekabr 2020, 11:44

Dekabrin 10-da Bakıda keçirilən hərbi paradda cəmiyyətə vacib mesajlar verildi. Əsas olaraq bildirildi ki, digər sahələrdə savaş bundan sonra başlayır.

Media mənsublarının üzərinə bu istiqamətdə hansı məsiliyyət düşür.


Tanınmış jurnalistlər bundan sonra fəaliyyətlərini necə davam etdirəcəkləri haqqında Modern.az-a danışıblar. 

 

Teleqraf Media Qrupun rəhbəri Aynur Camalqızının sözlərinə görə, 27-28 il kağız üzərində qalmış BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmişik və Azərbaycanın istər diplomatik, istərsə də hərbi müstəvidə uğurları həddindən artıq çoxdur. Amma informasiya müstəvisində müharibə davam edir:

"Sosial şəbəkələrdə, Ermənistan mediasında, Rusiyanın bəzi media orqanlarında Azərbaycan əlehinə saxta, həqiqəti əks etdirməyən materiallar dərc olunur və dırnaq arası faktlar gündəmə çıxarılır. Bunun qarşısında durmalı olan qüvvə Azərbaycanın kütləvi informasiya vasitələridir. Biz var gücümüzlə saxta, həqiqətlə heç bir əlaqəsi olmayan informasiyaların qarşısını almaq üçün əlimizdən gələni etməliyik və bunun üçündə birinci növbə də xarici dilli media orqanlarını gücləndirməliyik”.

A.Camalqızı bildirib ki, Azərbaycanda beynəlxalq ictimai rəyə nüfuz edə biləcək xarici dilli media orqanlarının sayı təəssüf ki, azdır:

"Azərbaycan dövlətinin xarici dilli media üçün hər cür resursları var, imkanı çatır ki, Azərbaycanda da Əlcəzirə kimi dünyaya yönəlik xarici dilli informasiya resursu yaradılsın. Azərbaycan dövlətinin və ya ayrı-ayrı imkanlı şəxslərin, təşkilatların dəstəyi ilə biz xarici dilli media resurslarımızı gücləndirməliyik.Hətta elə gücləndirməliyik ki, onlar da CNN, BBC kimi beynəlxalq ictimai rəyə təsir edə bilsinlər". 

 

 

Report İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadə uzun illər işğalın davam etdiyini, Ermənistanın Azərbaycan vətəndaş cəmiyyəti, jurnalistləri ilə və s. əlaqələr qurmaq istədiyini, hətta beynəlxalq təşkilatlarında buna dəstək verdiyini bildirib:

"Müxtəlif ölkələr, beynəlxalq təşkilatlar Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin qurulması, kommunikasiyaların açılması ilə bağlı təkliflərlə çıxış edirdilər. Eyni zamanda bununla bağlı Azərbaycana təzyiqlər də olurdu. Ermənistan da işğalçı ölkə olduğu üçün buna razılıq verirdi. Amma biz işğala məruz qalan ölkə kimi, bu mövzuya yaxşı yanaşmırdıq və bu da normal idi. Çünki bütün problemlərin kökündə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi dayanırdı. İndi isə torpaqlarımızı azad etmişik. Artıq Azərbaycan rəsmiləri tərəfindən də Ermənistanla əməkdaşlığın mümkünlüyü ilə bağlı müəyyən siqnallar verilir. Amma əsas məsələ bundan sonra Ermənistanın necə mövqe tutmağından asılı olacaq”,

 

İmdad Əlizadə Azərbaycan jurnalistlərinin müharibə dövründə olduğu kimi, bundan sonra da rəsmi mövqeyə uyğun olan hərəkət etmələrinin daha düzgün olduğunu deyib:

"Çünki qarşıdakı işğalçı ölkə olan Ermənistan idi və yenə də  konstruktiv mövqe tutmaq istəmir. Bu məsələ dövlətlər arasında olduğuna görə, siyasətə uyğun mövqe tutulmalıdır. Jurnalistlətimizin Ermənistanın işğalı dövründə tutduğu mövqe düzgün idi. Bundan sonra da dövlət hansı xətti yeridəcəksə, jurnalistlər də bu prosesə uyğun iş görməlidirlər. Yəni Ermənistanla sülh müqaviləsi bağlanana qədər rəsmi mövqe tutulmaldır".

 

 

"Yeni Müsavat" qəzetinin əməkdaşı Elşad Paşasoy bildirib ki, 44 günlük Vətən müharibəsi əzmimizi və qüdrətimizi bütün dünyaya nümayiş etdirdi. Dünya həm də Azərbaycan və Türkiyə dövlətinin birliyini, qardaşlığını gördü:

"Keçirilən qələbə paradında həm Azərbaycan, həm də Türkiyə dövlət başçılarının qələbədən sonra qarşımızda duran məsələlərlə bağlı çox mühüm mesajları oldu. Bu məsələlərlə bağlı Azərbaycan mətbuatının da üzərinə ciddi vəzifələr düşür. 44 günlük Vətən müharibəsində  mediamızın sərgilədiyi performansı qeyd etməliyik. Mətbuatın bu informasiya savaşında ortaya qoyduğu mövqeyi, davamlı fəaliyyəti vurğulamasaq, olmaz. Yalnız Azərbaycan dilli medianın deyil, eyni zaman da xarici dillər də yayımlanan media orqanlarının da savaşdan sonrakı bir mərhələdə ciddi fəaliyyət göstərməsinə ehtiyyac var. Çünki biz müşahidə edirik ki, kapituliyasiya sənədinə imza atmış Ermənistan bundan sonra da sakit dayanmaq niyyətində deyil. Azərbaycanı müxtəlif bəhanələrlə ittiham etməkdədir. Hətta hansısa iddialarla çıxış etmək, Azərbaycanı təxribatlara çəkmək niyyətinidə biz müşahidə edirik. Hələ ki, Ermənistanın daxilində gedən münaqişələr bunu ciddi şəkildə ortalığa qoymağa imkan vermir. Amma heç şübhə etmirik ki, növbəti mərhələ də bu, özünü qabarıq şəkildə ortaya qoyacaq. Çünki biz son bir əsrdə bunun dəfələrlə şahidi olmuşuq".

 

Elşad Paşasoy  vurğulayıb ki, Azərbaycan mətbuatı da Zəfər paradında səsləndirilən mesajlardan, tezislərdən irəli gələn vəzifələrin yerinə yetirilməsinə çalışmalıdır.

“Azərbaycan media təmsilçiləri Azərbaycanın tarixi  həqiqətlərini beynəlxalq səviyyədə dünyay çatdırmalı, davamlı şəkildə informasiylar yaymalı, tarixi materiallardan istifadə edib materiallar dərc etməlidirlər. Eyni zamanda xaricdə olan əməkdaşlarını məlumatlandırmalı, onlarında aktiv iştirakına nail olmalıdırılar".


Jurnalist Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın "Azərbaycan öz ərazilərini azad etsə də, mücadilə bitmədi" bəyanatındanda danışıb:


"Bu bəyanat  ondan xəbər verir ki, biz bundan sonra nəinki Azərbaycan mediası olaraq, həm də Türkiyə mediası ilə bu prosesdə aktiv iştirak etməliyik. Erməni yalanlarının alt-üst edilməsi ilə bağlı koordinasiyalı şəkildə fəaliyyət göstərməliyik. Çünki 44 günlük Vətən müharibəsində biz Türkiyə cəmiyyəti ilə yanaşı Türkiyə mediasının da olduqca fəal iştirak etdiyini, həqiqətlərimizin dünyaya çatdırılması uğrunda səfərbər olduqlarını müşahidə etdik. Bundan sonra da Ermənistanın, erməniçiliyin mövcud olduğu hər yerdə aktiv fəaliyyət göstərməliyik. Bizim cəmiyyət düşmənin məkirindən kifayət qədər məlumatlıdır. Artıq beynəlxalq səviyyədə koordinasiyalı şəkildə çalışmaq lazımdır.

Jurnalist Elşad Eyvazlının rəhbərliyində olduğu "Global Journalism Counsil" təşkilatının bu istiqamətdə olan fəaliyyətini yüksək qiymətləndirirəm. Bir qrup xarici jurnalist, təşkilatın xətti ilə Azərbaycanda oldu. Onlar Azərbaycanın işğaldan azad olunmuş ərazilərində vandalizmi, vəhşiliyi öz gözləri ilə gördülər.

Ölkələrinə qayıtdıqdan sonra şüphəsiz ki, məlumatlar, fotolar, videolar paylaşılacaq. Ermənistan ordusunun cinayətlərini dünyaya yayacaqlar. Bu həm də son nəticədə terrorçu ermənistanı beynəlxalq məhkəmə qarşısında dayanmağa vadar edən, Azərbaycana dəymiş milyardlarla ziyanın ödənilməsinə vadar edən nəticəyə aparıb çıxara biləcək. Bizim Azərbaycan jurnalistləri, Türkiyə jurnalistləri, Türk dilli ölkələrin media mənsubları və daha geniş çevrədə ədalətli fəaliyyətə üstünlük verən obyektiv jurnalistlərlə birlikdə koordinasiyalı şəkildə fəaliyyətə ehtiyacımız var.

Beynəlxalq səviyyədə bir platformanın da yaradılması çox əhəmiyyətlidir. Nəin ki, ölkəmizdə, dünyada da erməni faşizminin meyillərinin bir daha baş qaldırmaması üçün paralel şəkildə bir jurnalist təşkilatının yaradılması meydana çıxa bilər. Tək Cənubi Qafqaz deyil bütün dünya üçün faydalı ola bilər".


Mehri QURBAN

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı