Modern.az

Qənirə Paşayevadan xeyriyyəçi addım

Qənirə Paşayevadan xeyriyyəçi addım

Aktual

27 İyul 2012, 12:25

Bakıdakı “Cıdır” restoranında millət vəkili, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qənirə Paşayevanın şeirlərinə bəstələnmiş mahnı və kompozisiyalardan ibarət 2 albomunun təqdimat mərasimi keçirilib.

Modern.az xəbər verir ki, vətənpərvərlik mahnılarının toplandığı “Turan” albomunda 8 mahnı yer alıb. 16 mahnıdan ibarət ikinci albom isə “Əlvida...” adlanır.

Təqdimat mərasimində millət vəkilləri, bir sıra şirkət rəhbərləri, müğənnilər, bəstəkarlar, ziyalılar, media və ictimaiyyətin bir sıra nümayəndələri iştirak edib.

Millət vəkili Qənirə Paşayeva qeyd edib ki, xeyriyyə aksiyası şəklində keçirilən təqdimat mərasimi zamanı albomların satışından əldə olunacaq bütün vəsait tədbirin sonunda görmə qabiliyyətini itirmiş iki istedadlı gəncə - Zeynəb və Mehmana təqdim olunacaq: “Bu gənclər digər həmyaşıdlarından heç nə ilə fərqlənmir, mən deyərdim ki, bunlar dünyanı daha doğru və düzgün dərk etmək qabiliyyətinə malikdirlər. Zeynəb çox gözəl şeirlər yazır, Mehmanın isə çox gözəl səsi var. Həmçinin burda digər bir gəncimiz də var. Onun da adını çəkmək istəyirəm. Murad çox istedadlı bir gəncdir. Mən inanıram ki, onların çox parlaq bir gələcəyi olacaq. Media nümayəndələrindən bu istedadlı gənclərin tanıdılmasında müəyyən mümkün addımların atılmasını istərdim”.

Millət vəkili Ceyhun Osmanlı bu cür xeyriyyə aksiyalarının mütəmadi olaraq keçirilməsinin zəruriliyini bildirib: “Mən də öz tərəfimdən bir dəstək olaraq Zeynəb qızımızın kitabını və ya diskinin çıxarılmasını öz üzərimə götürürəm “.



Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır