Modern.az

A.M.A.Y-ın prezidenti: “Mən o şərəfsizlərdən deyiləm ki...”

A.M.A.Y-ın prezidenti: “Mən o şərəfsizlərdən deyiləm ki...”

Aktual

1 Avqust 2012, 14:08

Abdulla Abdullayev barəsindəı yazılanlara cavab verdi

A.M.A.Y şirkətinin prezidenti, Demokratik İslahatlara Vətəndaş Dəstəyi İctimai Birliyinin Sədri Abdulla Abdullayev son günlər bəzi media orqanlarında özü barəsində yazılan məlumatlara cavab verib. A.M.A.Y şirkətindən Modern.az saytına göndərilən açıqlamanı ixtisarla dərc edirik:

- Təəssüflənirəm ki, bəzi insanlar, bəzi mətbuat işçiləri populizm xətrinə mənəviyyatı, şərəfi itirirlər. Bəlkə də bu bəzi adamlarda nə mənəviyyat var, nə şərəf. Bəlkə də ailə tərbiyəsində bu söz işlənməyib və yaxud bu sözə layiq ailə tərbiyəsi görməyib. Mən o şərəfsizlərdən deyiləm ki, Millətimi və Dövlətimi satam. Mən o dəyərin sahibi deyiləm ki, satılam. Mən bir iş adamıyam. Millətim və dövlətim üçün çox sağlam düşüncələrim var. Siyasi adam deyil, iqtisadi adamam. Hər kəslə danışıqlarımda da bərabər səviyyəli, qarşılıqlı münasibət qurmağı bacarıram. Heç kimi özümdən artıq, heç kimi özümdən əksik saymıram. Pul üçün də heç vaxt satılmaram. Hələ bu günə qədər sizlər bunu anlaya bilmədiniz. Cəhənnəmə getmərəm, cənnət də qəbul eləmir.

Mən bir bank rəhbəri kimi maliyyə cəlb etmək üçün sərbəstəm. Heç kimdə mənə müdaxilə etmir. İran İslam Respublikasına qaldıqda isə, 1993-cu ildə İranda MDB məkanından ilk investr mən olmuşam. Bunu İranda çox adam bilir. İran iqtisadi bazaya malik olan qonşu dövlət olduğundan və mən də bir iş adamı olduğu üçün o bazadan yararlanmışam, yararlanıram, yararlanacağam. İş adamı kimi təşkilatımı qorumaq, yaşatmaq üçün fəaliyyət göstərirəm.

Biz ailə olaraq şərəf və ləyaqət üçün yaşamışıq. Bizlərdə kişi duran yerdə qadının sözü yoxdu danışmağa. Mənim bacım heç vaxt nə bizneslə məşğul olub, nə də bank sahibi olub və o ixtiyarıda yoxdur ki, olsun. Hələ mən ölməmişəm ki, mənim bacım hər hansı bir fəaliyyət göstərə. Bacım 60 yaşındadır, nəticəsi var. Mən də bir qardaş kimi hər zaman bacıma dayaq olmuşam. O cümlədən də digərlərinə. Biz namusumuz və şərəfimiz üçün ölərik, eyni zamanda da başqasının da namusunu və şərəfini qorumaq üçün. Mənəviyyatı olanlar bir informasiyanın araşdırmasını aparar sonra yazar.

Qaldı ki, İran Milli Bankından götürülən kreditə. Bəli İran Milli Bankına ticarət mərkəzində ofis üçün yer vermişəm. Qarşılıqlı, bərabər səviyyəli razılaşma əldə etmişik və həmin vəsaiti qəbul edib tikintiyə qoymuşam. Baxmayaraq ki, İran Milli Bankı öhdəliklərini tam şəkildə yerinə yetirməyib. Ona görə də məhkəməyə müraciət olunub və məhkəmə qeyri-müəyyən müddətə təxirə salınıb. Bugün də mənə hörmətlə yanaşanlara hörmətlə yanaşıram. Diqqət yetirənlərə isə diqqətli olmuşam. İçimdə xəyanət olmayıb. Özümün özümə qoyduğum hörmət mənim sədaqətimdir. Azərbaycanlı olan, qanı təmiz olan bir kəs vətəndaşına şər atmaz.

Yazırsınız ki, bu ölkədən qaçmağa hazırlaşıram. Mən Vətənimdən qaçmaram. Mənim dünyanın bir neçə ölkəsində biznes fəaliyyətim var. Əvvəllər də mən Azərbaycanda az olurdum. İşlərimi nizamlayandan sonra yenə xaricidəki işlərimin üstünə dönəcəyəm. Bu o demək deyil ki, mən ölkədən qaçmış olacam!

Bankın ləğv olunması məsələsinə qaldıqda isə Azərbaycan Respublikasının Ali məhkəmə orqanları var. Onların qərarından sonra bankın ləğv olunması təsdiqini tapar.

Biz bəzi informasiya agentliklərinə dəfələrlə məktub göndərərək xəbardarlıq etmişik ki, heç bir reallığa uyğun olmayan əsassız yazılarla bizim işgüzar nüfuzumuza xəlal gətirdikləri üçün onlar haqda qanun çərçivəsində tədbir görülməsini tələb edəcəyik. Yaxın günlərdə həmin qəzet və informasiya agentliklərini işgüzar nüfuza vurduqları zərərə və şərəf-ləyaqətə toxunduqlarına görə məhkəməyə verəcəyik.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır