Modern.az

Türkiyədə koronavirusu 10 saniyəyə təyin edən cihaz hazırlandı

Türkiyədə koronavirusu 10 saniyəyə təyin edən cihaz hazırlandı

Dünya

4 Yanvar 2021, 20:55

Türkiyə alimləri 10 saniyə ərzində yeni növ koronavirus (COVİD-19) infeksiyasını təyin edən cihaz hazırlayıblar.

 

Modern.az-ın məlumatına görə, bu barədə Bilkent Universitetindən bildirilib.

 

“Diagnovir” adlanan cihazın işləmə prinsipi nümunələrin təkrarlanmasına deyil, optik xüsusiyyətlərə əsaslanmasıdır.

 

Test üçün, ağızın selikli qişasından nümunə götürülür, sonra xüsusi bir maye ilə qarışdırılır və cihaza yerləşdirilir. Patogenlər dinamik olaraq floresan siqnalı qəbul edərək 10 saniyə ərzində aşkar edilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır