Modern.az

Fevralın 1-də məktəblərdə dərslər bərpa olunur? - Nazirlikdən cavab

Fevralın 1-də məktəblərdə dərslər bərpa olunur? - Nazirlikdən cavab

19 Yanvar 2021, 12:37

Tədrisin ənənəvi qaydada bərpası və hansı tarixdə başlaması ilə bağlı müxtəlif saytlarda əks olunan informasiyaların heç biri Təhsil nazirliyinə istinadən verilməyib.

 

Modern.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimiaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov özünün sosial şəbəkədəki səhifəsində yazıb:

 

"Bunlar sadəcə jurnalist versiyalarıdır. Gəlin, 22 yanvar tarixində cənab nazirin iştirakı ilə olacaq press brifinqi gözləyək".

 

Qeyd edək ki, sosial şəbəkələrdə 1 və 4-cü siniflərin növbəli şəkildə, həftədə iki-üç dəfə məktəbə gedəcəyi barədə məlumatlar yayılıb. İddia olunur ki, fevralın 15-dən sonra 5 və 9-cu siniflərin növbəli şəkildə məktəbə qayıdacağı gözlənilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi