Modern.az

Deputatdan Kəlbəcərdə yaşamaq istəyən Qazax sakininin müraciətinə REAKSİYA

Deputatdan Kəlbəcərdə yaşamaq istəyən Qazax sakininin müraciətinə REAKSİYA

Aktual

19 Yanvar 2021, 16:11

“Hansı rayonun sakini olmasından asılı olmayaraq, kim istəyirsə, Kəlbəcərdə öz həyatını qurub, yaşaya bilər”.

Bu sözləri Modern.az-a Qazax sakini Şəadət Nəbiyevin Kəlbəcərdə yaşamaqla bağlı saytımıza müraciəti haqqında danışarkən Kəlbəcərin deputatı Aqil Məmmədov deyib. O qeyd edib ki, Şəadət Nəbiyev Kəlbəcər İcra Hakimiyyətinə ərizə yazıb, qayıdışa qədər gözləyə bilər:


“Harasa qeydiyyata düşmək üçünsə, ünvan olmalıdır ki, qeydiyyat yeri kimi bilinsin. Təəssüf ki, mövcud ünvanlar indi yoxdur. Kəlbəcər sakinlərinin orada qeydiyyatı Sovet dövrünə uyğun qalmaqdadır. Ona görə, ancaq Kəlbəcərdə qeydiyyatı olan birinə müraciət edib, onun üzərində qeydiyyatda olmaq mümkünləşə bilər. Amma bütün bunlar Kəlbəcərdə yaşayış bərpa olunduqdan, qayıdışdan sonra məsələyə baxılması daha uyğun olar”.


Deputat hesab edir ki, İcra Hakimiyyəti və bələdiyyələr Kəlbəcərdə fəaliyyətə başladıqdan sonra dövlət hesabında olan torpaqlarda yaşamaq üçün müraciətlər qəbul olunacaq:

“Qayıdışdan sonra vətəndaş müraciət edib, hərraca çıxarılan bələdiyyə torpaqlarından və s. yararlana biləcək.

Sovet dövründə mənim yadımdadır ki, kəndimizin qazaxlı bir sakini var idi. Bizim kəndə köçmüşdü, burada yaşayırdı. İndi müraciət edən şəxslər də kəndi seçməlidirlər, yaxud rayonun özündə yaşamaq istəyirlərsə, bu barədə dolğun qeyd etməlidirlər. Uyğun olaraq, icra başçısı sənədin yoxlanmasından sonra təsdiqləyib, qanunamüvafiq şəkildə torpaqla təminatına şərait yaradacaq”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır