Modern.az

YAP-ın ötənilki gəlirləri 12 milyon manatdan çox olub

YAP-ın ötənilki gəlirləri 12 milyon manatdan çox olub

19 Yanvar 2021, 16:55

2020-ci ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 12 288 708 manat olub.

Modern.az xəbər verir ki, bu barədə partiyanın  İdarə Heyətinin 2020-ci ilə dair illik hesabatında qeyd edilib. Məlumata görə, gəlirlərin 10 346 294 manatını üzvlük haqları, 1 942 414 manatını  büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil edib.

Yeni Azərbaycan Partiyasının hesabına daxil olan maliyyə vəsaitinin 6 969 745 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 452 599 manatı Silahlı Qüvvələrin Yardım Fonduna, YAŞAT Fonduna və bu qəbildən digər humanitar aksiyalara, 625 148 manatı Koronavirusla Mübarizəyə Dəstək Fonduna və bu qəbildən digər humanitar aksiyalara, 347 569 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına, 34 357 manatı ezamiyyə xərclərinə, 302 192 manatı avtonəqliyyat xərclərinə, 242 229 manatı təsərrüfat inventarlarının  alınmasına,  162 621 manatı təmir işlərinə, 457 566  manatı kommunal və təsərrüfat xərclərinə,  80 739 manatı bank xidmətinə, 86 610 manatı abunə ilə bağlı ödənişlərə,  57 720 manatı dəftərxana xərclərinə, 144 611 manatı çap işlərinə, 237 592 manatı isə sair xərclərə sərf edilib.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır